PDF Oxu

Siyasət

  • 11

Zahid Oruc: “Praktika tamamilə fərqli istiqamətdə inkişaf edib” AÇIQLAMA

Zahid Oruc: “Praktika tamamilə fərqli istiqamətdə inkişaf edib” AÇIQLAMA

"Ümumiyyətlə, "Azadlıq" radiosunun keçmiş prezidenti Cefri Gedminin Xədicə İsmayılın həbsinə görə Mərkəzi kəşfiyyat idarəsini günahkar adlandırmasına dair bəyanatı siyasi yüklüdür". Bunu SİA-ya millət vəkili Zahid Oruc deyib.Millət vəkilinin sözlərinə görə, bu bəyanat "Azadlıq" radiosunun iş prinsiplərini açan və onu cəmiyyət üçün hali edən bir mövqedir: "Xüsusilə onu vurğulamaq lazımdır ki, Cefri Gedmin heç bir halda Azərbaycan hakimiyyəti ilə bağlı deyil və ölkəmizin iqtidarının mənafeyi üçün lobbi qrupları statında da yer almayıb. Təbii ki, belə olan təqdirdə onun bəyanatını hər hansı bir şəkildə radionun və yaxud onun əməkdaşlarının ziyanına tirajlanan beynəlxalq fikirlər sırasına qatmaq yanlış olardı. Biz bunu obyektiv mövqe kimi dəyərləndirməliyik. Hesab edirəm ki, həmin bəyanatda təkcə sözügedən tezis yox, eləcə də onlarla başqa məqamlar da bundan sonrakı dövrdə siyasi diskussiyaların predmeti olacaq. Məsələ ondadır ki, həqiqətən də 1990-ci illər ABŞ-da nəinki "Azadlıq" radiosu eləcə də Amerika dövlətinə bağlı olan media strukturları, KİV-in əməkdaşlarını cəsusluq fəaliyyətinə cəlb etməmək haqqında qanunvericilik qəbul olunub.Əgər diqqət yetirsəniz görərsiniz ki, həmin mövqenin ortaya qoyulması avtomatik olaraq Azərbaycan cəmiyyətində və yaxud siyasi dairələrində Xədicə İsmayılın guya jurnalist tədqiqatından irəli gələn afşor zonalar haqqındakı məlum cəfəng iddiaları ilə üst-üstə düşür. Yəni ayrı-ayrı məxfi xidmət orqanlarının müxtəlif dövlətlər əleyhinə yönləndirmək istədiyi informasiyanı media mənsubunun əli ilə ictimailəşdirmək və sonradan bunu guya ki, həmin insana qarşı hakimiyyətin təzyiqi kimi qələmə vermək üçün zəmin hazırlayıblar".

sia.az

Digər xəbərlər