PDF Oxu

Siyasət

  • 16

Asim Mollazadə: “Bu cür hallar beynəlxalq təşkilatların diqqət mərkəzində olmalıdır” AÇIQLAMA

Asim Mollazadə: “Bu cür hallar beynəlxalq təşkilatların diqqət mərkəzində olmalıdır” AÇIQLAMA

Heç şübhəsiz ki, Ermənistan əsirliyində olan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanmalıdır". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.Deputatın sözlərinə görə, Azərbaycan vətəndaşları olan Dilqəm Əsgərov və Şahbaz Quliyev işğalçı ölkə tərəfindən girov edilib və onlarla bağlı qeyri-qanuni olaraq "məhkəmə" prosesi həyata keçirilib: "Zənnimcə, bu cür hallar bütün beynəlxalq təşkilatların diqqət mərkəzində olmalıdır. Sözügüdən beynəlxalq təşkilatlar vətəndaşlarımızın qeyri-şərtsiz azad edilməsi ilə bağlı Ermənistan hakimiyyətinə tələblərlə çıxış etməlidirlər. Bu gün burada başlıca söhbət işğalçı ölkənin Azərbaycan ərazilərini qanunsuz olaraq zəbt etməsindən gedir. Bu mənada hesab edirəm ki, beynəlxalq təşkilatlar bu gün Ermənistanı sülhə və torpaqların azad edilməsinə məcbur etməlidirlər".

sia.az

Digər xəbərlər