"ABŞ Azərbaycanla Ermənistana eyni prizmadan yanaşma prinsipindən əl çəkməlidir. Artıq Ermənistana işğalçı, terrorçu dövlət kimi baxmağın vaxtıdır. ABŞ, Rusiya, Fransa işğalçı Ermənistanı olduğu kimi qəbul etməlidirlər". Bu fikirləri SİA-ya açıqlamasında ekspert Vüqar Əsgərov bildirib.ABŞ Dövlət Departamentinin Qarabağda atəşkəs rejiminin pozulması ilə bağlı yaydığı bəyanata münasibət bildirən ekspert V. Əsgərov qeyd edib ki, Dövlət Departamenti qərəzli bəyanatlar verməyi adətə çevirib: "Əgər Qarabağda atəşkəs rejimi pozulubsa, ermənilər itkilər veribsə, bunun günahını Azərbaycanda yox, Ermənistanda axtarmaq lazımdır. Çünki ilk olaraq atəşkəsi erməni təxribatçıları pozur, sərhədlərimizə hücum edir, günahsız kəndlilərə snayperlə atəş açır və atəşkəsə riayət etmirlər. ABŞ Dövlət Departamenti hər iki tərəfi atəşkəsi qorumağa yox, Ermənistanı ekstremmist mövqeyindən çəkinməyə çağırmalıdır".
sia.az