PDF Oxu

Siyasət

  • 14

Bu il Dağlıq Qarabağ münaqişəsi həll oluna bilərmi?

Bu il Dağlıq Qarabağ münaqişəsi həll oluna bilərmi?

Ekspertlər fərqli fikirdədirlər

2015-ci ilin Dağlıq Qarabağ münaqişəsinin həlli ili ola bilər. Bunu xarici ekspertlər də təsdiq edirlər. Bu günlər ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "2015-ci il Dağlıq Qarabağ münaqişəsinin həllinə ümidlər böyükdür" deyə bildirdiyi fikirlər də möhkəmləndirir. Amma söhbət etdiyimiz Azərbaycanın tanınmış politoloqları Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində xarici diplomatlarla eyni fikirləri bölüşmədiklərini qeyd etdilər. Fikirlərini də, Ermənistanın qeyr-konstruktiv mövqe tutması ilə əlaqələndırdilər.

Politoloq Elçin Mirzəbəyli:

- Hər il ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunacaqı ilə bağlı bəyanatlar verirlər. Bununla həmsədrlər təfərləri danışıqlara cəlb etmək istəyir və insanlarda ümid yaratmağa çalışırlar. Lakin istənilən problemin həlli ilə ilk növbədə bu prosesdə iştirak edən konkret olaraq tərəflər və buna görə də məhsuliyyət daşıyan ölkələrin birmənalı addımlar atmasına ehtiyac var. Artıq uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar gedir. Amma indiyə qədər işğalçı ölkə olan Ermənistana qarşı hər hansı bir təzyiq göstərilməyib. Bir sözlə, boş-boş gurultulu bəyanatlarla real işğal faktlarını aradan qaldırmaq mümkün deyil. Əgər həmsədrlər Ermənistana qarşı konkret addımlar atacaqlarsa, şübhəsiz ki, Ermənistan da öz mövqeyindən geri çəkiləcəkdir. Çünki həmin ərazilər Azərbaycan dövlətinə aiddir. Ümumiyyətlə, bu gün Ermənistana qarşı hər hansı bir təzyiq olmadığı üçün işğalçı ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir razılığa gəlmir. Bunun da əsas səbəbkarları məhz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində iş aparan həmsədrlərdir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ümidverici bəyanatları sadəcə olaraq insanların sülh prosesindən ümidlərinin üzülməməsi üçündür.

Politoloq Elşad Mirbəşiroğlu:

- ATƏT-in Minsk Qrupunun amerkalı həmsədrləri olan Ceyms Uorlik 2015-ci ilin Dağlıq Qarabağ münaqişəsi üçün barışıq ili olduğunu qeyd edib. Demək olar ki, həmsədrlər ötən illərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu cür bəyanatlarla çıxış edirdi. Amma Ceyms Uorlik bunu nəyə əsasən qeyd etdiyini demir. ATƏT-in Minsk Qrupu hansı tədbirləri həyata keçirməklə tərəflər arasında sülhün əldə olunacaqını təmin edəcəklərini demir. Bu baxımdan, Ceyms Uorlikin dedikləri inandırıcı deyil. Ona görə ki, ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin obyektiv yanaşma sərgiləmirlər. Bunun da əsas gösrəticisi həmsədrlərin Ermənistanın işğalçılıq siyasətindən çəkindirmək üçün hər hansı bir ciddi addımlar atmamalarıdır. Buna baxmayaraq Dağlıq Qarabağ Azərbaycanın ərazisi olduğu üçün sülh danışıqları nəticə verməyəcəyi təqdirdə Azərbaycan başqa vasitələrlə ərazi bütövlüyünü bərpa edəcək. Bu, 2015- ci ildə ola bilər.

GÜLYANƏ

Digər xəbərlər