"Ermənistan höküməti Rusiyadan müəyyən dərəcədə dəstək aldıqdan sonra özlərini inamlı hiss etməyə başlayıblar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.Onun sözlərinə görə, son zamanlar cəbhə bölgəsində baş verən qarşıdurmaların yeganə səbəbkarı, məhz Ermənistan hökumətidir: "Ermənilər cəbhədə həm atəşkəsi pozur, həm də dünya ictimaiyyətinin fikrini bu məsələdən yayındırmaq üçün hər cür alçaq hərəkətlərə əl atırlar. Yanvarın 5-dən 6-a keçən gecə ermənilər yenə də atəşkəs rejimini pozublar. Hətta həmin gecə iri çaplı silahlardan, qumbaraatan və minaatanlardan da istifadə ediblər. Ermənistanın kütləvi informasiya vasitələrində guya Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsi pozaraq təxribat törətməsi və erməni bölmələrinin itkilər verməsi barədə növbəti dəfə xəbərlər yayması rəsmi İrəvanın növbəti dezinformasiyası və təxribat xarakterli addımlarındandır.Bu cür yalan informasiyalar yayan erməni mətbuatı dünya ictimaiyyətində Azərbaycan əleyhinə fikir formalaşdırmağa çalışır. Bu cür dezinformasiya xarakterli yazılara inanmaq heç düzgün deyil".
sia.az