PDF Oxu

Siyasət

  • 5

Elçin Mirzəbəyli: “Bu, Azərbaycana qarşı başladılan kampaniyadır” MÜNASİBƏT

Elçin Mirzəbəyli: “Bu, Azərbaycana qarşı başladılan kampaniyadır” MÜNASİBƏT

"Bu cür aşağılayıcı materialların dərc olunmasında ilk növbədə erməni iddialarının izini axtarmaq lazımdır". Bu sözləri SİA-ya, "The Huffington Post" qəzetində Azərbaycana qarşı təhqir xarakterli yazının getməsi ilə bağlı məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, qərb mətbuatında əvvəllər də bu yöndə yazılar dərc olunub: "Bu cür aşağılayıcı materialların dərc olunmasında ilk növbədə erməni iddialarının izini axtarmaq lazımdır. Çünki ermənilər bir çox ölkələrin, o cümlədən ABŞ-ın həm siyasi partiyalarında aktiv mövqe tutmağa, həm də mediasında təmsil olunmağa çalışıblar. Bəlli məsələdir ki, bu, Azərbaycana qarşı başladılan kampaniyadır. Bu kampaniyanın bir çox istiqamətləri var. İlk növbədə bu, 2015- ci ildə qeyd olunacaq qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə əlaqədardır. Bu kampaniya həm Azərbaycana, həm də Türkiyəyə qarşı aparılır.İkinci bir məsələ isə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının doğura biləcəyi effekt indidən bəzi dairələri narahat edir. Üçüncü amil isə Azərbaycanda bu il keçiriləcək Parlament seçkiləri ilə bağlıdır. Şübhəsiz ki, bu amillərdən istifadə edərək indidən Azərbaycana qarşı kampaniyalara başlayıblar".

sia.az

Digər xəbərlər