"Ümumiyyətlə burada kiminsə hərəkatından söhbət gedə bilməz". Bunu SİA-ya Müsavatdan istefa vermiş keçmiş partiya funksioneri Səxavət Əlisoy AXCP-dən, Klassik Xalq Cəbhəsindən narazıların eləcə də Müsavat Partiyasından istefa verənlərin Qubad İbadoğlunun sədrlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatına (ADR) qoşulmasına münasibət bildirərkən deyib.Keçmiş partiya funksionerinin sözlərinə görə, insanlar bir sultanlıqdan qurtarıb, digər bir sultanlığı qəbul etmirlər: "Bunu şəxsən mənim düşüncəm qəbul etmir. Mən sultanlığa qarşı siyasi partiyalarda hər zaman mübarizə aparmışam. Burada söhbət ADR-dən gedir. Biz bu gün ciddi şəkildə təşkilatlanma ilə məşğuluq. Azərbaycanın rayonlarının 1/3-də bu təşkilatlanma prosesini bitirməliyik ki, təsis konfrans gedək. Təbii ki, biz başqa üsullarla da gedə bilərdik. Çünki 200-300 nəfər üzvlərimiz sayında da təsis yığıncağı keçirə bilərdik. Ancaq düşünürük ki, daha qlobal şəkildə Azərbaycanın minimum 25-30 bölgəsində hərəkatın rayon təşkilatlarını yaradaq və bundan sonra təsis yığıncağını keçirək. Digər tərəfdən bizim bu gün hərəkatda Ümid, KXCP-dən və bir sıra partiyalardan siyasətçilər təmsil olunurlar. Hətta qeydiyyatdan keçmiş bir neçə siyasi partiya var ki, onlar tam olaraq ADR-in tərkibinə üzv olmaq istəyirlər. Eynilə KXCP, Müsavat və digər partiyalardan insanların hərəkatımıza müraciətləri var. Təbii ki, bizdə bu müraciətlər fərdi şəkildə qəbul olunur əksinə kollektiv bəyan etməklə qəbul olunmur. Bəli, bu mümkündür. Biz burada bir kriteriyaya üstünlük vermişik. Belə ki, populizmdən, haray-qışqırıqdan uzaq, yəni intellektə söykənən insanları partiya sıralarına qəbul edəcəyik".
sia.az