Sərdar Cəlaloğlu: "Müxalifətin dağınıq olması seçkilərdə öz təsirini göstərəcək"
"Biz parlament seçkiləri ilə bağlı mövqeyimizi əvvəlcədən Ümid partiyası ilə birgə ifadə etmişik". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu partiyasının parlament seçkilərinə yeni yaradılacaq bloklar vasitəsilə qatılması fikirlərinə şərh verərkən deyib.Onun sözlərinə görə, seçkilərdə iştirak edən qüvvələrin birgə əməkdaşlığı vacib şərtlərdəndir: "Hazırki dövrdə müxalifət düşərgəsinin həddindən artıq dağınıq olması həm müxalifət üçün mənfi təsir bağışlayır, həm də seçiciləri seçki bataqlığına sürükləyə bilər. Buna görə də, mümkün olduğu qədər uyğun qüvvələrin seçkilərdə bir blokda iştirakı məqsədəuyğun olardı".Xatırladaq ki, ADP hazırda Ümid Partiyası ilə Qarabağ seçki blokunda təmsil olunur və ötən parlament seçkisində uğursuzluq yaşayıb.
sia.az