PDF Oxu

Siyasət

  • 13

Əflatun Amaşov: “Jurnalistlərə təzyiq var”

Əflatun Amaşov: “Jurnalistlərə təzyiq var”

"Biz Mətbuat Şurası olaraq Parisdə nəşr edilən "Charlie Deblo" jurnalının redaksiyasına silahlı basqını pisləyir və buna öz etirazımızı bildiririk". Bunu SİA-ya Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.MŞ sədri hesab edir ki, jurnalistin öldürülməsi, jurnalistlərə təzyiqlərin olması deməkdir: "Biz istəməzdik ki, orada belə bir hal yaşansın və bir neçə jurnalist xəsarət alsın, öldürülsün. Bu, istər-istəməz söz və mətbuat azadlığı ilə bağlı olan məsələdir. Fransada baş verən bu olay jurnalistika tarixində çox ciddi hadisədir. Çünki, birdən-birə bu sayda jurnalistin öldürülməsi jurnalistika tarixində çox mənfi haldır. Biz bu hadisəni pisləyirik və onu törədilənlərin tapılıb cəzalandırılmasını istəyirik. Görünür ki, hələ də dünyada hadisələrə ikili baxış mövcuddur".Qeyd edək ki, Parisdə nəşr edilən "Charlie Deblo" jurnalının redaksiyasına çərşənbə günü silahlı basqın edilib, basqın zamanı 11 nəfər qətlə yetirilib, 5 nəfər ağır olmaqla, daha 10 nəfər yaralanıb.

sia.az

Digər xəbərlər