PDF Oxu

Siyasət

  • 10

Asim Mollazadə: “Həmsədrlik sistemi işləmir”

Asim Mollazadə: “Həmsədrlik sistemi işləmir”

"Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri təcavüzkara qarşı sanksiyaları müəyyənləşdirmədiklərindən, sülhə nail ola bilmirlər". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə deyib.Onun szölərinə görə, ABŞ, Fransa və Rusiyada zəngin, fəal erməni lobbisi var: "ATƏT-in Minsk qrupunun həmsədrlik sistemi işləmədiyinə görə, məsələ başqa müstəviyə keçirilməlidir ki, beynəlxalq hüquq sistemində mövcud olan qərarlar qəbul edilsin. Çünki, bizə hüququn aliliyi lazımdır. Bu olmadıqda bir ölkəyə sanksiyalar tətbiq olunur, digərinə isə yox. Hesab edirəm ki, problem də bundan irəli gəlir".

sia.az

Digər xəbərlər