PDF Oxu

Siyasət

  • 12

Azərbaycan Ordusu yenilməz və qüdrətlidir

Azərbaycan Ordusu yenilməz və qüdrətlidir

İlham Əliyev: "Ordu quruculuğu Azərbaycanda uğurla gedir və gedəcəkdir"

Azərbaycanda dövlət quruculuğunun mühüm tərkib hissəsi olan Silahlı Qüvvələr hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində dayanıb. Bu bir həqiqətdir ki, regionun lider dövləti olan Azərbaycan, eyni zamanda, bölgədə sülhün, əmin-amanlığın qarantı rolunda çıxış edir. Dövlətimizin və xalqımızın əsas amalı Cənubi Qafqazı sabitlik və inkişaf məkanına çevirməkdən ibarətdir. Bununla belə, məlum olduğu kimi, Azərbaycanın davamlı sülh çağırışlarının müqabilində işğalçı Ermənistan tərəfindən adekvat addımlar atılmır.

Belə ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində suveren dövlətlərin ərazi bütövlüyünü təsbit edən beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. Daha dəqiq desək, 20 ildən çoxdur ki, Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır, təxminən 1 milyon soydaşımız doğma yurd-yuvasından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, BMT, ATƏT, AŞPA, İƏT Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiqləyən və pisləyən, işğalçı qoşunların zəbt olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələr çıxarmalarına baxmayaraq, Ermənistan işğalçılıq siyasətini davam etdirir, həmçinin, hər vəchlə aqressiya nəticəsində yaranmış status-kvonun saxlanmasına nail olmağa çalışır.

Lider ölkənin qüdrətli ordusu

Bu bir həqiqətdir ki, regionun lider dövləti olan Azərbaycan, eyni zamanda, bölgədə sülhün, əmin-amanlığın qarantı rolunda çıxış edir. Bölgədə ən qüdrətli orduya malik Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması, "Sülh naminə tərəfdaşlıq" proqramına qoşularaq (MDB-də 4-cü ölkə) hərbi təlimlərdə iştirak etməsi nizami ordumuzun NATO standartları səviyyədə hazırlıqlı olmasının göstəricisidir. Azərbaycan zabitlərinin beynəlxalq standartlara cavab verən xidmətlərinin beynəlxalq hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilməsi hər bir azərbaycanlıda qürur hissi doğurur. Eyni zamanda, Bakıda keçirilən NATO PA-nın "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda 86-cı Rouz-Rout seminarında da ölkəmizə önəmli tərəfdaş kimi xüsusi dəyər verildi. Quruma üzvlüyünün 20-ci ildönümünə təsadüf edən belə tədbirlərin üçüncü dəfə Azərbaycanda keçirilməsi mürəkkəb region olan Cənubi Qafqazda iqtisadi inkişafı ilə bölgədə liderlik edən ölkəmizə maraqdan irəli gəlir. Çünki dövlətimizin və xalqımızın əsas amalı Cənubi Qafqazı sabitlik və inkişaf məkanına çevirməkdən ibarətdir. Lakin Ermənistanın işğalçılıq siyasəti nəticəsində suveren dövlətlərin ərazi bütövlüyünü təsbit edən beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. Daha dəqiq desək, 20 ildən çoxdur ki, Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır, təxminən 1 milyon soydaşımız doğma yurd-yuvasından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, BMT, ATƏT, AŞPA, İƏT Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiqləyən və pisləyən, işğalçı qoşunların zəbt olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələr çıxarmalarına baxmayaraq, Ermənistan işğalçılıq siyasətini davam etdirir, həmçinin, hər vəchlə aqressiya nəticəsində yaranmış status-kvonun saxlanmasına nail olmağa çalışır.

Təbii ki, mövcud durum heç bir halda Azərbaycanı qane edə bilməz və sülh danışıqlarının nəticə verməyəcəyi təqdirdə, Azərbaycan gec-tez öz torpaqlarını güc yolu ilə geri qaytarmaq məcburiyyətində qalacaq. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bəyan etdiyi kimi, "Belə olan halda Azərbaycan ordu quruculuğuna daha da böyük diqqət göstərir, göstərəcəkdir və danışıqlar nəticə verməsə, bizim başqa yolumuz qalmayacaqdır".

Bu gün qürurla vurğulamaq lazımdır ki, məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkənin ordu quruculuğuna böyük diqqətinin məntiqi nəticəsidir ki, Azərbaycanın cari il üçün hərbi xərcləri dollar ekvivalentində təqribən 5 milyard dollar təşkil edəcək ki, bu da hərbi xərclərin növbəti dəfə rekord həcmdə artımı deməkdir. Azərbaycan onsuz da ötən 11 il ərzində hərbi xərclərini sürətlə artırıb və Prezident İlham Əliyevin müəyyən etdiyi hədəfə - Ermənistanın bütün dövlət büdcəsinin həcmini aşıb keçməyə çoxdan çatıb.

"Əlbəttə ki, Azərbaycan Ordusu bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır - həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizata görə. Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcəkdir. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Mən Ali Baş Komandan kimi bundan sonra da ordu quruculuğuna, ordunun inkişafına öz dəstəyimi verəcəyəm" deyən Prezident İlham Əliyev onu da bildirib ki, güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər: "Biz sadəcə olaraq bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki, danışıqlar yoluna üstünlük veririk. Çünki Azərbaycan bölgədə sabitləşdirici ölkədir."

Bir sözlə, Prezident İlham Əliyevin vurğuladığı kimi, güclənən Azərbaycan Ordusu Ermənistan üçün ciddi təhlükə mənbəyinə çevrilib: "Bizim iqtisadi gücümüz hərbi gücə çevrilibdir. Biz bundan sonra da öz hərbi imkanlarımızı artıracağıq, bundan sonra da danışıqlar masasında prinsipial mövqeyimizi gücləndirəcəyik. Bizim prinsipial mövqeyimizin əsas mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir, Azərbaycan Ordusudur, Azərbaycan əsgəridir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər