PDF Oxu

Siyasət

  • 8

Fazil Mustafa: “Ayrılan vəsait siyasi partiyaların inkişafına dəstək verəcək”

Fazil Mustafa: “Ayrılan vəsait siyasi partiyaların inkişafına dəstək verəcək”

2015-ci ilin dövlət büdcəsində partiyaların fəaliyyəti üçün ayrılan vəsait qaneedicidir". Bu sözləri SİA-ya açıqlamasında, Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa deyib.Onun sözlərinə görə, ayrılan vəsait gələcəkdə partiya aparatının saxlanılması, işlərin qurulması yolunda partiyalara xeyli köməklik göstərəcək: "Dövlət büdcəsindən ayrılan 2,5 milyon manat vəsait siyasi partiyaların inkişafına dəstək verəcək, eləcə də bu partiyaların cari xərclərinə sərf olunacaq. Bəzi partiyaların bu məsələyə qısqanclıqla yanaşmasının heç bir əsası yoxdur. Qanunvericilikdə göstərilən qaydada parlamentdə təmsil olunduqdan sonra həmin partiyalara da büdcədən vəsait ayrıla bilər. Hərhalda kənarda qalan partiyalara da büdcədən vəsait ayrılması məsələsinin müzakirəsi gedir. Ümid edirəm ki, gələcəkdə bu partiyalar da məsələnin subyekti ola bilərlər".

sia.az

Digər xəbərlər