"Belə təxribatlar mütəmadi olaraq təkrarlanır. Bu, birinci hal deyil". Bunu SİA-ya "Trend" Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev Fransada baş verən terror aktından sonra İslama qarşı anti-təbliğatın aparılmasında hansı məqsədlərin güdüldüyünə dair məsələlərə münasibət bildirərkən deyib.Siyasi ekspertin sözlərinə görə, Rüşdinin yazdığı anti-İslam xarakterli şerlər, ABŞ-da katolik kilsənin nümayəndəsinin "Qurani-Kərimi" yandırması və s. kimi məsələlər xatirimizdədir: "Bu məsələlərdən sonra İslamın tənqid hədəfinə tutulması, müəyyən qadağaların qoyulması, bəzi geyimlərin yasaqlanması, beynəlxalq mükafatların təsis edilməsi və s. baş verir. Ümumiyyətlə tənqidə görə silaha əl atmaq və qətllər pislənməlidir. Lakin bu heç də demokratiyanın təzahürü demək deyil. Bir tərəfdən də bu, qanunlarda boşluqdan əmələ gəlir. Demokratiya adı altında insanların inancı, əqidəsi ilə oynamaq olmaz. Azərbaycanda, Rusiyada, ümumiyyətlə bir sıra ölkələrdə bu qanunlar tətbiq olunur və müşahidələr göstərir ki, tolerantlıq baxımından bu, öz bəhrəsini verir".A.Nağıyev hesab edir ki, bu hadisədən sonra bütün istiqamətlərdə, istər maarifçi, istərsə də radikal İslama basqılar artacaq: "Birmənalı şəkildə belə qətlləri dəstəkləmək olmaz. Dünyada baş verən bütün proseslər nəzərə alınmalıdır. Maraqlısı da odur ki, həmin hadisəni törədənlər Fransanın öz vətəndaşlarıdırlar..."
sia.az