"Bu gün Rusiyanın yaratdığı "Milli Şura"da Cəmil Həsənli, Əli Kərimli və onun müavinlərindən başqa kimsə qalmayıb". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı AXCP-nin bu il ölkəmizdə keçiriləcək Parlament seçkilərinə "Milli Şura" ilə birgə gedəcəyini açıqlamasına və "Milli Şura"nın sədri Cəmil Həsənlinin şuranın seçkiyə digər partiyalarla bərabər blok şəklində gedəcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.Partiya rəsmisinin sözlərinə görə, "Milli Şura" adlı qurum yarananda onun üzvləri 130 nəfər idi: "Demək olar ki, bu qurumdan 70-ə yaxın şəxs istefa verdi. İsa Qəmbərin, Mimahmud Mirəlioğlunun, Eldar Namazovun, Lalə Şövkət Hacıyevanın və digər şəxslərin tərəfdarları qurumdan istefa verdi. Hal-hazırda qurumda Cəmil Həsənli Əli Kərimlinin tapşırıqlarını icra etməklə məşğuldur. Demək olar ki, Cəmil Həsənli Əli Kərimlinin şöbə rəhbəri funksiyasını yerinə yetirir".N. Orduxanlı hesab edir ki, indiki zamanda Cəmil Həsənli Əli Kərimlinin tapşırığından kənara çıxa bilməz: "Ancaq vaxti ilə Cəmil Həsənli Əli Kərimlinin müavini, həm də Milli Məclisin üzvü idi. O zaman Cəmil Həsənli Əli Kərimlinin iradəsinə zidd qərar qəbul edib Milli Məclisin iclaslarında iştirak etdi və Kərimliyə heç bir əhəmiyyət vermədi. Bu səbəbdən də Əli Kərimli onu partiyadan qovdu. Əli Kərimlinin danışdığı cəfəngiyyatdır. Hər parlament seçkilərində beynəlxalq təşkilatların tapşırığı ilə Əli Kərimli ilə İsa Qəmbər parlament seşkilərinə (bir-birlərinə nifrət etmələrinə baxmayaraq) birgə qatılıb. Əgər növbəti dəfə də beynəlxalq təşkilatlardan belə bir tapşırıq gəlsə, onlar seçkiyə birgə qatılacaqlar..."
sia.az