PDF Oxu

Siyasət

  • 7

Vasif Əfəndiyev: “İsaqəmbərçilər çıxılmaz vəziyyətə düşdülər” MÜNASİBƏT

Vasif Əfəndiyev: “İsaqəmbərçilər çıxılmaz vəziyyətə düşdülər” MÜNASİBƏT

"Etiraf etmək lazımdır ki, Müsavat Partiyasına cəmləşən insanların böyük qismi ideologiyaya görə patiyaya üzv olmayıblar. Onlar daha çox regional prinsiplər üzrə xarizmatik lider olan İsa Qəmbər ətrafında toplaşmışdılar". Bunu SİA-ya Vəhdət Partiyası Sumqayıt şəhər təşkilatının sədri Vasif Əfəndiyev Müsavatın qurultayında Qubad İbadoğlunu dəstəkləyən Nüşabə Sadıxlı və digərlərinin artıq onu dəstəkləməməsinə münasibət bildirərkən deyib."Mən narazı müsavatçıların böyük əksəriyyətinin İsa Qəmbər tərəfdarları olmasını dəfələrlə demişəm. İsa Qəmbər yarıtmaz siyasətilə Müsavatı yarımcan hala salmasından sonra artıq başqan kimi fəaliyyətini davam etdirə bilməyəcəyini güman edərək, keçid dövrü üçün Qubad İbadoğlunu öz yerinə təyin etməyi düşünmüşdü. Lakin Arif Hacılının tərəfdarları bu planı köklü şəkildə pozduğu üçün Qubad İbadoğlunun yanında qalan narazı isaqəmbərçilər çıxılmaz vəziyyətə düşdülər. İsa Qəmbərin açıq mətnlə tərəfdarlarını geriyə səsləyə bilməməsi səbəbindən silahdaşları şaşqın vəziyyətdədirlər" – deyə, təşkilat sədri bildirib.V. Əfəndiyev deyib ki, ötən ilin əvvələrində Müsavat Partiyasının qurultayına hazırlıq ərəfəsində Divan üzvü Nüşabə Sadıxlı İsa Qəmbərin başqanlıqda qalmasını tələb edənlərin siyahısında idi: "Arif Hacılının başqan seçilməsindən sonra nə edəcəklərini müəyyən edə bilməyən İsa Qəmbər tərəfdarları, o cümlədən Nüşabə Sadıxlı tələsik bəyanatlarla Qubad İbadoğlunun yanında yer aldıqlarının səhv olduğunu anlayaraq İ. Qəmbəri tək buraxdıqlarının fərqindədirlər. O səbəbdən də Nüşabə Sadıxlının İsa Qəmbərin yanında olması üçün addımlar atacağı gözləniləndir".

sia.az

Digər xəbərlər