PDF Oxu

Siyasət

  • 4

MSK müraciətlərə baxdı

MSK müraciətlərə baxdı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.İclasda 59 Salyan Seçki Dairəsində Salyan bələdiyyəsi, 65 Saatlı-Sabirabad Seçki Dairəsində Sor Sor bələdiyyəsi, 86 İsmayıllı Seçki Dairəsində Hacıhətəmli bələdiyyəsi, 106 Tovuz-Qazax- Ağstafa Seçki Dairəsində Xanlıqlar bələdiyyəsi, 76 saylı Lənkəran-Astara Seçki Dairəsində Mamusta bələdiyyəsi, 106 Tovuz-Qazax-Ağstafa Seçki Dairəsində Çaylı bələdiyyəsi, 70 saylı Masallı şəhər Seçki Dairəsində Yeddioymaq bələdiyyəsi, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsində Kürdmaşı bələdiyyəsi, 70 saylı Masallı Seçki Dairəsində Çaxırlı bələdiyyəsi üzrə müraciətlərdə iddia edilən qanun pozuntuları əsassız sayılıb.

sia.az

Digər xəbərlər