Qərb dünyası hər zaman neft amilindən bəhrələnməyə çalışıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşən Musayev bildirib.Onun sözlərinə görə, son illərdə iri dövlətlər bəzi neft ixrac edən ölkələrlə, əsasən də ərəb ölkələrilə əlaqələrini müttəfiqlik və dostluq meyarları əsasında deyil, bu ölkələrdən müəyyən məqsədlər üçün bəhrələnmək istiqamətində qururlar: "Neftin ucuzlaşması fonunda baş verə biləcək qarşıdurmalar da birbaşa qərb dünyasının tutduğu missiya ilə bağlı olacaq. Bu, qarşılaşdığımız ilk belə hal deyil. Uzun illər boyu qərb öləkələri neft amili adı altında terrorizmə dəstək veriblər. Çox təəssüf ki, OPEK birbaşa ABŞ-ın göstərişi ilə iclaslar çağırır, verilən vədlərə əməl etmir. Bütün hallarda ABŞ bu gün dünyada ən ədalətsiz siyasət yürüdən dövlətdir. Ona görə də, ABŞ-dan hər hansısa bir ədalətli addım gözləmək sadəlövhlük olardı. Mən belə düşünürəm ki, neft amili ilə bağlı baş verə biləcək bütün problemlər birbaşa ABŞ-ın yürütdüyü siyasətin tərkib hissəsidir".
sia.az