PDF Oxu

Siyasət

  • 9

Asim Mollazadə: “Çox təəssüflər olsun ki, bunların heç biri edilmir” AÇIQLAMA

Asim Mollazadə: “Çox təəssüflər olsun ki, bunların heç biri edilmir” AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı haqlı olaraq bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri beynəlxalq hüquq normaların çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımlar atrmırlar". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.Deputatın sözlərinə görə, həmsədrlərin münaqişənin həlli istiqamətində ciddi addımlar atmaması Dağlıq Qarabağ probleminin həll olunmamasına gətirib çıxarır: "Hətta bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Ermənistan qeyri-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir. Təcavüzkara, qonşu dövlətin ərazisini işğal etmiş Ermənistana qarşı müvafiq sanksiyalar və sülhə məcburetmə addımları olmalıdır. Lakin çox təəssüflər olsun ki, bunların heç biri edilmir. Ermənistan 20 ildən artıqdır ki, danışıqlarda imitasiya siyasətini həyata keçirir və bu da heç bir nəticə vermir. Ukrayna, Krım hadisələrindən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq olunub. Ermənistana qarşı isə heç bir təzyiq, təsir mexanizmləri işləmir. Zənnimcə n zaman qədər ki, beynəlxalq hüququn aliliyi əsas mövqe kimi ortaya qoyulmayacaq, o zaman qədər də ATƏT-in Minsk qrupunun diplomatik turizmə bənzəyən fəaliyyəti davam edəcək".

sia.az

Digər xəbərlər