"Mən bu barədə Sərdar Cəlaloğlunun fikirlərini oxumamışam. Ona görə də hər hansı bir fikir bildirməkdə çətinlik çəkirəm". Sözügedən fikirləri SİA-ya Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun bu il keçiriləcək parlament seçkiləri ərəfəsində müxalifət partiyalarının seçki bloku yaratması təklifinə münasibətini bildirərkən deyib.VHP sədri daha öncələr də bu kimi təkliflərin olduğunu deyərək, sonradan bu təkliflərin müsbət nəticə vermədiyini də deyib: " Bəzi müxalifət nümayəndələri seçki öncəsi müxtəlif fikirlər səsləndirsələr də, nəticə etibarı ilə heç bir işə yaramayıb".Sabir Rüstəmxanlı rəhbəri olduğu siyasi təşkilatın Milli Məclisə keçiriləcək seçkilərə hazırlığı ilə bağlı yekdil rəyin olmadığını deyib: "Hələlik, parlament seçkiləri ilə əlaqədar konkret bir fikrimiz yoxdur".Qeyd edək ki, Sırdar Cəlaloğlu hansı partiyalarla seçki blokunda fəaliyyət göstərəcəyi mümkünlüyünü ifadə edərkən, daha çox Ümid və Müsavat partiyalarının adlarını çəkib.
sia.az