"Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür. Dövlətimiz birmənalı olaraq azad və müstəqil siyasət yürüdür. Bütün ölkələrlə, bloklarla eyni mövqedən əməkdaşlığa üstünlük verir. Bu mənada qonşu dövlət olan Rusiya ilə münasibətlərin normal olması heç bir dövləti təəccübləndirməməlidir. Çünki bizim dövlətin ABŞ və ya digər dövlətlərin hər biri ilə münasibətlərimiz eynidir". Bu fikirləri SİA-ya politoloq Qabil Hüseynli son günlər ABŞ-ın bəzi dairələrinin, Azərbaycanın Rusiyaya meyllənməsi iddiaları ilə çıxışına münasibətini bildirərkən deyib.Politoloq eyni zamanda, Vaşinqtonun Makkeyn institunun rəhbəri Devid Kramerin də eyni mövqedən çıxış etməsinə, eləcə də ABŞ dövlət rəhbərliyinin Azərbaycana qarşı sanksiyalar çağıırışına qarşı da fikrini bildirib. Qabil Hüseynli bununla bağlı deyib ki, Kramer ölkə siyasətinə təsir edəcək gücdə deyil: "ABŞ hakimiyyətinin başçısı və ya hökümət adından danışa biləcək insanlar var və onlar da Azərbaycan haqqında heç bir mənfi fikir söyləmir. Ona görə də, kimlərsə ölkəmizə qarşı sanksiyaların tədbiq edilməli olduğuna çağırışlar edirsə, bu insanlar ABŞ-Azərbaycan münasibətlərini, onun strateji əhəmiyyətini yaxşı başa düşmür. Məhz bu baxımdan ABŞ-ın bəzi dairələrinin, təşkilat rəhbərlərinin fikirlərini, bəyanatlarını qəbul etmək doğru deyil".
sia.az