PDF Oxu

Siyasət

  • 6

Musa Qasımlı: “Toqquşan maraqlar münaqişənin həllini uzadır” MÜNASİBƏT

Musa Qasımlı: “Toqquşan maraqlar münaqişənin həllini uzadır” MÜNASİBƏT

"Cənab Prezident İlham Əliyevin müşavirədə söylədikləri gerçəklikləri əks etdirir. Ermənistanın təkbaşına Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf rayonları işğal etməsi üçün zəruri olan gücü olmayıb və indi də yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, AMEA Dünya Siyasəti İnstitutunun direktoru Musa Qasımlı deyib.Millət vəkili qeyd edib ki, dövlətin gücünü müəyyənləşdirən meyarlar baxımından Ermənistanı Azərbaycan ilə həm 80-ci illərin sonları – 90-cı illərdə, həm də indi müqayisə etmək mümkün deyil: "Bir dövlətin digər bir ölkənin ərazisini işğal etməyə qadir olan ordu yaratmaq üçün insan ehtiyatı, maliyyə, iqtisadi gücü, hərbi-sənaye kompleksi, digər resursları və s. olmalıdır. Bunlar Ermənistanda yoxdur. Ayrılıqda və birlikdə götürüldükdə Azərbaycan ilə müqayisə edilə bilməz".Musa Qasımlı onu da vurğulayıb ki, Qərbdəki müəyyən dairələr konkret strateji məqsədlərini həyata keçirmək üçün Ermənistanın Azərbaycana qarşı təcavüzünü müəyyən pərdələr altında müdafiə etdilər: "SSRİ-nin dağılması prosesində isə Mərkəzi hakimiyyət hər iki respublikanı öz təsiri altında saxlamaq və müstəqil dövlət kimi formalaşmalarına imkan verməmək üçün Ermənistanın təcavüzünə açıq şəkildə yardım etdi. Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin bu gün dinc yolla həll edilməməsinin səbəblərindən biri də, məhz müxtəlif dövlətlərin regionda maraqlarının toqquşmasıdır".

sia.az

Digər xəbərlər