Çünki işğalçı ölkə Rusiyanın forpostudur
Bəşər tarixi və siyasətin yaşanmış hadisələri göstərir ki, haqqını tələb edib hüquqlarını qorumağı bacaran toplumu, insanları uzun müddət kölə vəziyyətində saxlamaq olmur. Fəqət, köləliyə könüllü can atan insanları idarə etmək asandır. Yetər ki, onlara çörək və əyləncə verəsən. Hətta kölələr çörək qıtlığı şəraitində də yaşayırlar. Amma onlar mütləq əyləncə tələb edirlər. Yerevan hakimiyyətinin qərarları da əyləncə xarakterlidir və kölələri qismən də olsa, sakitləşdirmək məqsədi güdür. Erməni mediası və politoloqlarının fikrinə görə bu prezident Serj Sarkisyan iqtidarının yürütdüyü iqtisadi siyasətin effektiv olmamasının sübutudur.
Jirayr Libaredyan: "Sarkisyan Dağlıq Qarabağın taleyini Rusiyaya təslim edir"
Son günlər erməni işğalçılarının təmas xəttində atəşkəsi pozmaları Serj Sarkisyan iqtidarının yürütdüyü iqtisadi siyasətin Rusiyanın köləliyində qalmasının sübutu olduğunu göstərir. Çünki Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq iqtidarında olmadığını əməlləri ilə açıq-aydın görür. Eyni zamanda, Ermənistan rəhbərliyi çox gözəl anlayır ki, bu yolla Azərbaycanın haqlı mövqeyini sübut etməyə ehtiyac yoxdur və belə olan halda, əsl erməni xisləti bir daha qabarıq şəkildə özünü göstərir.
Rusiyalı politoloqu, Rusiya Elmlər Akademiyası Avropa İnstitutunun MDB Ölkələri Strateji İnkişaf Mərkəzinin direktoru Aleksandr Qusev isə yazır ki, Rusiya Ermənistana forpostu kimi baxır: "Ermənistan Rusiyanın forpostudur. Ermənistanın Gömrük ittifaqının əvəzində gözləntilərinə Gürcüstandakı siyasi dəyişiklik də şərait yaradır. Ermənistan sakit yaşaya bilər. Ən azından 2044-cü ilə qədər".
Digər siyasi ekspert, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitunun Mərkəzi Asiya və Qafqazı Öyrənən Mərkəzin eksperti Andrey Areşev isə politoloq Aleksandr Qusevin fikrini inkişaf etdirərək bildirib ki, Ermənistanda 2044-cü ilə qədər sakit ola bilərlər. Çünki 2044-cü ildə Rusiya qoşunlarının Ermənistanda dislokasiya müddəti başa çatır".
ABŞ-ın Miçiqan Universitetinin professoru Jirayr Libaredyan isə "İratec de fakto" erməni qəzetinə müsahibəsində Serj Sarkisyanı "Qarabağı rüşvətlə Rusiyaya satmaqda" ittiham edib: "Ermənistanın indiki hakimiyyəti Dağlıq Qarabağ rəhbərliyi ilə birlikdə praktiki olaraq Ermənistanın müstəqilliyini və Dağlıq Qarabağın taleyini Rusiyaya təslim edir. Bu, rüşvət formasında edilir" - deyə bir vaxtlar Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda iştirak etmiş Libaredyan bildirib.
Eyni zamanda, erməni millətindən olan ekspertlərin işğalçı Yerevanı və Ermənistanın cinayətkar hakimiyyətini dəfələrlə Ermənistanın marianetkası olmaqda ittiham edib və ölkələrinin təcavüzkarlığını təsdiqləyiblər. Qarabağ danışıqlarında uzun illər iştirakçı olmuş Libaredyan, həmçinin onu da bildirib ki, erməni hakimiyyətinin ifşası kifayət qədər ciddi məsələdir. Keçmiş milli təhlükəsizlik müşaviri onu da deyib ki, Ermənistan hakimiyyətinin Rusiyaya etdiyi güzəştlər ölkənin satılmasından başqa bir şey deyil: "Əks halda, bu güzəştləri heç nə ilə əsaslandırmaq olmaz. Bu isə Ermənistanda xalqın Sarkisyana və onun komandanlıq etdiyi ordusuna inamını azaldır. Ermənistanın ordusu elə bir vəziyyətdədir ki, indi onun müharibə aparmaq və qalib gəlmək üçün şansı heç yoxdur. Ölkədə miqrasiya sürətlə artmaqdadır ki, bu da bir növ orduda əsgərin azalması deməkdir. Bütün bunların fonunda erməni xalqının öz ordusuna münasibəti tamamilə dəyişmişdir. Onların orduya inamı və etimadı azalmışdır".
Erməni sosiologiya assosiyasiyasının rəhbəri, professor Gevorq Poqosyanın son günlər istər ölkə daxilində, istərsə də təmas xəttində yaranan vəziyyətlə bağlı erməni mətbuatına verdiyi açıqlamasında isə bildirib ki, artıq Ermənistan öz-özünü məhvə aparan ölkələr sırasındadır: "Vaxtilə Ermənistana bir çox beynəlxalq təşkilatlar dəstək olurdular ki, biryolluq məhv olub tarix səhnəsindən silinməsin. Təəssüf ki, bu gün beynəlxalq təşkilatlarla yanaşı, hətta xaricdəki erməni diasporları da artıq "Yeri, öz dərdinə özün çarə qıl", - deyə ona arxa çevirib tədricən qeybə çəkilməkdədirlər. Ermənistan deyilən bu bina artıq çat verməkdədir. Yerli və beynəlxalq ekspertlərin fikrincə, bu binanın uzunömrlülüyünə heç kəs zəmanət verə bilməz. Çünki bu çat günbəgün dərinləşməkdədir. Ermənistan rəhbərliyinin pul gücünə aldadaraq Qarabağa göndərdiyi muzdlu dəstələr də bunun şahididirlər. Çünki belə bir müstəqil ölkə mövcud deyil. Ermənistanın bütün hakimiyyət qanadları bir tayfa qrupu tərəfindən zəbt edilib. Oradakı nəhəng sənaye müəssisələrinin 60 faizdən çoxu artıq Rusiyanın tabeliyindədir. Ermənistanın ən böyük şəhərlərindən biri olan, vaxtilə 200 mindən artıq insanın yaşadığı Gümrü şəhəri artıq Rusiyanın hərbi poliqonuna çevrilib. Əhalinin xeylı hissəsi oradan köçürülüb. Belə olan halda bir tayfanın yumruğu altında əzilən xalq müstəqil ola bilməz. Ermənistan öz müstəqilliyi ilə vidalaşmalıdır".
A.SƏMƏDOVA