PDF Oxu

Siyasət

  • 9

İkitərəfli əlaqələr müzakirə olunub

İkitərəfli əlaqələr müzakirə olunub

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Səyar Rəhman Əl-Mavdahı qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, qarşılıqlı səfərlərin və iki ölkənin biznes dairələri arasında təmasların artırılmasının vacibliyi vurğulanıb. Səfir Səyar Rəhman Əl-Mavdah ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Görüş əsnasında səfir Səyar Rəhman Əl-Mavdah etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib. Nazir Elmar Məmmədyarov səfir Səyar Rəhman Əl-Mavdaha diplomatik fəaliyyətində uğurlar arzu edib.

Digər xəbərlər