PDF Oxu

Siyasət

  • 7

Elçin Mirzəbəyli: “Radikal müxalifətin limiti bitib”

Elçin Mirzəbəyli: “Radikal müxalifətin limiti bitib”

"Prinsip etibarı ilə müxalifət düşərgəsindəki xaos çoxdan hökm sürür". Bu sözləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, uzun illərdir siyasi arenada olan müxalifət nümayəndələri heç bir maraqlı təkliflərlə, yeni ideyalarla çıxış etməyiblər: "Bu baxımdan xaosun yenicə hökm sürdüyünü söyləmək düzgün deyil. Müxalifət nümayəndələrinin ittihamları hər zaman həm seçki öncəsi, həm də seçki sonrası davam edib. Hər dəfə yeni adlar altında qruplar yaradıb seçkilərdə iştirak edib və sonra yenidən bir-birilərini müxtəlif formalarda ittiham ediblər. Düşünürəm ki, bu artıq radikal müxalifət düşərgəsinin limitinin sonu deməkdir. Prinsip etibarilə bu düşərgə xeyli zamandır Azərbaycan siyasi arenasında öz mahiyyətini, dəyərini itirib. Azərbaycan xalqı dövlətinin inkişafını arzulayan, dövlətinin dəyərini bilən və xaosa nifrət edən xalqdır. Buna görə də radikal ideyaların ölkəmizdə hər hansısa bir formada təşəkkül tapması mümkün deyil. Belə olduğu təqdirdə bu düşərgənin fəaliyyətinə ehtiyac qalmır. İndiki şəraitdə bu partiyalar arasında mövcudluq savaşı gedir. Onların siyasi fəaliyyətinin ölkənin siyasi xəttinə təhdid xarakteri daşıyacağını düşünmürəm".

sia.az

Digər xəbərlər