PDF Oxu

Siyasət

  • 14

Elman Məmmədov: “Ermənistanla yanaşı, onlar da bu məsuliyyəti daşıyır”

Elman Məmmədov: “Ermənistanla yanaşı, onlar da bu məsuliyyəti daşıyır”

"İyirmi ildən artıqdır Azərbaycan əraziləri Ermənistan kimi işğalçı, təcavüzkar bir dövlət tərəfindən işğal olunub. Təbii ki, Azərbaycan həm öz qanunlarına, həm də BMT-nın qəbul etdiyi qətnamələrə əsasən öz torpaqlarını təcavüzkar erməni rejiminin tapdağından azad etmək hüququna malikdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, beynəlxalq hüquqa əsasən Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək ixtiyarına malikdir: "Bu yöndə Azərbaycan tam şəkildə hərbi əməliyyatlar keçirmək səlahiyyətinə də malikdir. İşğalçı Ermənistanla yanaşı, ona havadarlıq edən, onun işğalına haqq donu geyindirən dövlətlər və beynəlxalq qurumlar da bu məsuliyyəti daşıyırlar".

sia.az

Digər xəbərlər