PDF Oxu

Siyasət

  • 12

Politoloq: “Rusiya nüvə silahından istifadə edə bilər”

Politoloq: “Rusiya nüvə silahından istifadə edə bilər”

"Mixail Qorboçov Ukrayna hadisələrinin Avropada nüvə müharibəsinə gətirib çıxaracağını deyəndə Rusiya Prezidenti Vladimir Putinin qərblə qarşıdurmada heç bir halda geri addım atmayacağı reallığından çıxış edib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib.Onun sözlərinə görə, hadisələrin gedişatı göstərir ki, qərbin çoxsaylı sanksiyalarına, qərbin dünya bazarında neftin qiymətini aşağı salmaq taktikasına baxmayaraq, Rusiya tərəfi bu mübarizədə geri çəkilmək mövqeyi nümayiş etdirmir: "Rusiya tərəfi bu münaqişənin yaranmasında əsas səbəbkarın qərb olduğunu bildirir. Tərəflərdən heç biri kompramis meylləri nümayiş etdirmir. Nəzərə almaq lazımdır ki, ABŞ və Rusiya başda olmaq şərti ilə, qarşıdurma tərəfləri nüvə dövlətləridir. Belə olan vəziyyətdə Mixail Qorboçovun proqnozu Rusiya hakim dairələrinin niyyətini gözlər önünə sərir. Çünki,bir qədər əvvəl Zbiqnev Bjezinskinin özü də buna oxşar proqnoz vermişdi. O qeyd etmişdi ki, Rusiyaya qarşı artan sanksiyalar nəticə etibarı ilə Rusiyanın nüvə şantajı siyasətinə meyl göstərməsi ehtimalını artırır. Hesab edirəm ki, Rusiya, arsenalında ən güclü vasitə olan nüvə silahından müəyyən təzyiqlər üçün istifadə edə bilər. Məhz bu reallıqları nəzərə alaraq Mixail Qorboçov bu cür proqnozlar verib. Əlbəttə ki, Mixail Qorboçovun mövqeyində Kremlin ona ötürdüyü ismarıcların rolu danılmazdır".

sia.az

Digər xəbərlər