PDF Oxu

Siyasət

  • 10

Hikmət Babaoğlu: “Ermənistan xaricdən bu tipli dəstəkləri əldə edə bilməyəcək” AÇIQLAMA

Hikmət Babaoğlu: “Ermənistan xaricdən bu tipli dəstəkləri əldə edə bilməyəcək” AÇIQLAMA

"Heç kimə sirr deyil ki, Ermənistan işğalçı dövlətdir və Azərbaycan torpaqlarını da qəsb edib". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu işğalçı ölkə olan Ermənistanın bu günə kimi özünü göstərə bilməməsinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, Ermənistan dövləti marağındadır ki, status-kvo dəyişməsin və Azərbaycanın 20 faiz torpaqları rəsmi İrəvanın işğalı altında qalsın: "Ancaq cənab Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 10-da Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı qeyd etdi ki, 2014-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dövlətimiz çox böyük işlər görüb. Qeyd edildi ki, "biz ermənilərə elə dərs verdik ki, onlar indiyədək özlərinə gələ bilmirlər, təşvişdə və isterikadadırlar". Hesab edirəm ki, 2014-cü il Ermənistan-Azərbaycan münasibətlərini xarakterizə etmək üçün və Dağlıq Qarabağ münaqişəsi haqqında təsəvvür əldə etmək üçün bu, ən obyektiv və yaxşı fikirdir. Əlbəttə, burada qeyd olunduğu kimi vasitəçi ölkələrin yəni, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin fəaliyyətsizliyi və Ermənistanın qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına əngəl törədir. Bu isə işğalçı ölkənin ekspansionist mövqeyindən irəli gəlir".Hikmət Babaoğlu hesab edir ki, 2014-cü ildə yadda qalan iki əsas hadisə Azərbaycanın iqtisadi və hərbi gücünü Ermənistana göstəmiş oldu: "Birincisi, iyul ayının sonu, avqust ayının əvvəllərində təmas xəttində ermənilərin atəşkəs rejimini pozması və Azərbaycan ordusunun onlara layiqli cavab verməsi ilə yadda qaldı. İkincisi, dekabr ayının 12-də yenidən Azərbaycanın təmas xəttində ölkəmizin mövqelərinə hücum edən helikopterin Silahlı Qüvvələrimiz tərəfindən vurulması idi. Azərbaycan hərbi sahədə bütün parametrlər üzrə yəni, istər havada, istərsə də yerdə Ermənistandan qat-qat güclü olduğunu göstərdi. Heç şübhəsiz ki, işğalçı ölkə də bunu çox yaxşı bilir. Bu mənada hərbi, siyasi və iqtisadi reallığı Ermənistan tərəfi nə qədər tez dərk edib Azərbaycanın işğal etdiyi əraziləri azad etsə, bir o qədər bu onlar yaxşı olacaq. İşğalı ölkənin danışıqları imitasiya etməsi, real danışıqlar masası arxasında oturub real vəziyyəti dərk etməməsinin səbəblərindən biri də dünyada mövcud olan ikili standartlar, erməni lobbisindən, eləcə də digər xarici subyektlərdən rəsmi İrəvana gələn dəstəkdir. Amma hadisələrin inkişafı onu göstərir ki, bir müddət sonra Ermənistan xaricdən aldığı bu tipli dəstəkləri də əldə edə bilməyəcək. Nəhayət, Cənuni Qafqaz siyasi coğrafiyasında Azərbaycanla tək üz-üzə qaldığını dərk edəcək".

sia.az

Digər xəbərlər