"İranın Ermənistanla yaxınlaşması və düşmən ölkə ilə birgə layihələr icra etməsinə görə İranı birtərəfli qaydada tənqid etmək düzgün olmaz". Bunu SİA-ya siyasi ekspert Arzu Nağıyev bildirib.A.Nağıyev deyib: "Hər bir dövlətin həyata keçirdiyi siyasi, iqtisadi layihələri, xarici və daxili siyasəti var. Bunu dini baxımlarla, inanclarla əlaqələndirmək də düzgün olmazdı. Digər tərəfdən Azərbaycanın Ermənistanla müharibə şəraitində olduğunu, Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmadığı bir dövrdə, 30 milyondan artıq etnik azərbaycanlının İranda yaşaması, 20 faiz torpaqlarımızın qəsb edilməsi və s. faktorları nəzərə almaq baxımından bu proseslərə tənqidi yanaşmaq olar".Siyasi ekspert hesab edir ki, siyasətdə yaxın qonşu, əqidə yaxınlığı məfhumu deyil, maraqlar olduğu üçün bu məsələlərdə daha diqqətli olmaq lazımdır.
sia.az