Azərbaycanda aparılan inkişaf və tərəqqi siyasətinin bariz nəticəsidir ki, bu gün paytaxtımız Bakı şəhəri və onun ətraf qəsəbələri çox böyük sürətlə inkişaf edir, qəsəbələrdə bir sıra sosial yönümlü obyektlər istifadəyə verilir, burada kommunikasiya xətləri yeniləşir, ərazilər abadlaşır. Ötən 2014-cü ildə Səbail rayonunun Badamdar qəsəbəsində də bu istiqamətdə bir sıra işlər görülüb.Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyinin 2014-cü ilin yekunlarına həsr olunan və Səbail rayonunun rəhbərliyi, təsərrüfat xidmətlərinin rəhbərlərinin, təhsil işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Badamdar Bələdiyyəsi üzvlərinin, qəsəbə sakinlərinin iştirakı ilə keçirilən hesabatında il ərzində qəsəbədə görülmüş işlərdən söz açılıb, qarşıda duran vəzifələrin həata keçirilməsi yolları müzakirə olunmuş və 2015-ci il üçün konkret tədbirlər müəyyənləşdirilib. SİA-nın xəbərinə görə, hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev bildirib ki, qəsəbədə hazırda 30 mindən çox əhali yaşayır, burada həmçinin 3000 nəfər məcburi köçkün məskunlaşıb.Dövlət rəhbərliyi tərəfindən inkişaf edən Badamdar qəsəbəsinə ölan diqqətin nümunəsidir ki, keçən il noyabrın 25-də Azərbaycan Prezidenti cənab İlham Əliyev qəsəbəmizdə yerləşən Bakı Oksford məktəbinin yeni binasının açılışında iştirak edib.Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Könül" körpələr evi–uşaq bağçası əsaslı təmir olunub, burada əlavə korpus tikilmişdir. Bağçada görülən işlərin yekunu ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tanış olub."Abad həyət" layihəsi çərçivəsində bağçanın ətrafındakı 4 ədəd yaşayış binalarının fasadları də təmir olunub, Sahib İbrahimxəlilov küçəsi 1 ünvanındakı binanın fasadında şəhid Sahib İbrahimxəlilovun yeni xatirə lövhəsi quraşdırılıb.Badamdar qəsəbəsində tikilən yeni İdman Kompleksində işlər artıq başa çatmışdır. Hazırda qəsəbədə idmançılar üçün yeni 5 mərtəbəli otel binasının, 1-ci yaşayış massvində yeni xəstəxana binasının, 3-cü yaşayış massivində 3 ədəd yeni su anbarlarının, Müasir Avropa Məktəbinin və Bakı Media Mərkəzinin tikintisi davam etdirilir.İl ərzində qəsəbədəki 371 ünvanda su xətlərində baş vermiş qəzalar da aradan qaldırılıb, qəsəbədaxili küçələrə 10 min kv. metr asfalt örtüyü təmir olunmuş və yenidən çəkilmiş, zibil meydançalarında təmir işləri aparılıb, yeni zibil qutuları qoyulub. Badamdar şossesində yolun 3 metrəyədək genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər davam etdirilir.Qəsəbədəki 239 saylı orta məktəbin yaxınlığında hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilir.Səbail rayon Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi və Səbail rayon Sukanal Departamenti tərəfindən nəzərdə tutulan tədbirlər tam həcmdə həyata keçirilib.Novruz və Qurban bayramları münasibəti ilə qəsəbədəki "N" saylı hərbi hissədə bayram şənlikləri və konsert təşkil olunmuş, əsgərlərimizə bayram sovqatları təqdim olunub.Ramazan bayramı münasibəti ilə "Bəyoğlu" şadlıq evində iftar süfrəsi, Ümummilli liderin vəfatının ildönümü ilə bağlı ehsan süfrələri təşkil olunub, Qurban, Ramazan və Novruz bayramlarında rayon İcra Hakimiyyəti və Badamdar Bələdiyyəsinin imkanları hesabına qəsəbədə məskunlaşmış köçkün, şəhid ailələri, Qarabağ əlilləri, kimsəsiz və imkansız olan ümumilikdə 1500-dən çox ailəyə ərzaq payı paylanıb.Dekabr ayının 23-də keçirilən Bələdiyyə seçikləri ilə bağlı qəsəbədə müvafiq təşkilati işlər görülüb, Badamdar bələdiyyəsinin 15 nəfərdən ibarət yeni tərkibi seçilib.Toplantıdada çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb.A.Əsgərov keçən il rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib. O, bildirib ki, RİH tərəfindən görülən işlərdən əlavə "Abad həyət" layihəsi çərsivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, qəsəbədə yeni xəstəxana və idman kompleksinin, otel binasının tikintisi başa çatdırılacaq.Ən əsası isə qəsəbənin su və kanalizasiya şəbəkələrinin yenidənqurulması ilə bağlı başlanmış işlər davam etdiriləcək.Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.
sia.az