"Müsavat partiyası artıq 10 ildən çoxdur ki, ölüb". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib.Onun sözlərinə görə, Müsavat partiyası xeyli müddətdir ölüb, amma heç kəsin bundan xəbəri yoxdur. İsa Qəmbərin Arif Hacılını son günlərdə müdafiə etməsi bir daha onun niyyətindən xəbər verir: "İsa Qəmbər partiyadan getsə də faktiki olaraq Arif Hacılının simasında öz fəaliyyətini həyata keçirir. Çünki Arif Hacılı birbaşa İsa Qəmbərin ideyalarını həyata keçirir. Məhz buna görə də, İsa Qəmbər onu müdafiə edərək yenə də öz dırnaqarası fəaliyyətini davam etdirmək niyyətindədir".
sia.az