"Konkret şəxslər barədə nə isə desə, cavab verərdim"
"Əgər Müsavat Partiyasında təmsil olunan insanlar barədə ayrı-ayrılıqda, konkret şəxslər barədə fərdi fikir bildirilsəydi, mən bu suala cavab verə bilərdim". Bu fikirləri SİA-ya Müsavat Partiyasının üzvü, hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) yaradılması istiqamətində əsas təşəbbüskarlardan biri olan Qubad İbadoğlu partiyanın eks-başqanı İsa Qəmbərin öz müsahibəsində təşkilat sıralarından xaric olunan, eyni zamanda orada təmsil olunmalarına rəğmən, narazı qrupda yer alan müsavatçıların partiyadakı fəaliyyətləri dövründə yadda qalan hər hansı addıma imza atmadıqları iddiasına münasibət bildirərkən deyib.Qubad İbadoğlu ADR-in təşkilatlanması prosesinə də münasibət bildirib. O qeyd edib ki, proses istədikləri kimi getməsə də, müəyyən irəliləyişlər var: "Hərəkatın təşkilat komitəsində işlərin istədiyimiz kimi getdiyini deyə bilmərəm. Lakin ümumilikdə bu prosesi yaxşı qiymətləndirmək olar".Xatırladaq ki, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər verdiyi müsahibəsində bir qrup eks-müsavatçının, o cümlədən partiyada fəaliyyət göstərən narazı müsavatçıların təşkilatın fəaliyyətinə səmərə vermədikləri barədə fikir bildirib və onun bu fikirləri ciddi qınağa səbəb olub.
sia.az