PDF Oxu

Siyasət

  • 9

Elşən Musayev: “Azərbaycan bu münaqişədə ədalətli və güclü olan tərəfdir”

Elşən Musayev: “Azərbaycan bu münaqişədə ədalətli və güclü olan tərəfdir”

"Biz hər hansısa dövlətlər arası münasibətdən və ya insani münasibətlərdən danışarkən, bunu Ermənistana aid etməməliyik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşən Musayev bildirib.Onun sözlərinə görə, ermənilər insan və dövlət tipindən uzaqdırlar: "Dövlətlərarası münasibətlərdən danışarkən bunu Ermənistana aid etmək düzgün deyil, çünki Ermənistan bu münasibətlərdə hər zaman ikinci dərəcəli rol oynayıb. Ona görə rus əsgərinin erməni ailəsini güllələməsinin prosseslərə nə dərəcədə təsir göstərəcəyinin miqyasını konkret şəkildə demək olmaz. Ancaq burada gözə çarpan bir çox nüanslar var. Bu hadisə fonunda demək olar ki, artıq ruslar da ermənilərə nifrətlə yanaşır. Əvvəllər xristian faktoru var idi, bölgədə əməkdaşlıq fəaliyyəti mövcud idi ancaq görünən odur ki, erməni adı o qədər ucuzlaşıb ki, artıq rusların da ermənilərə nifrəti artır. Ermənistan bu məsələdə Rusiyaya qarşılıq vermək iqtidarında deyil, çünki bu ölkə hər zaman Rusiyanın vassalı olub. Rusiya Ermənistanı rəzil vəziyyətə salsa belə ermənilər bununla barışacaqlar. Ümumiyyətlə bu gün dünya gücləri siyasi mənzərəni bir tək ədalət üzərində bərqərar etmirlər. Burada güc amilinə də üstünlük verilir. Bu miqyasda Azərbaycan həm Ermənistanla olan münaqişədə həm ədalətli tərəfdir, həm də güclü olan tərəfdir. Bütün hallarda Rusiyanın Ermənistana olan münasibəti dəyişməlidir. Gümrü hadisələri siyasi anlamda da rus insanının erməni insanına olan nifrətinə bariz nümunədir. Ermənistan bu gün Rusiyanın heç bir işinə yaramır buna görə də bu münasibətlərdə zaman keçdikcə səngimələr, natarazlıqlar olacaq. Bütün hallarda Ermənistan insanı artıq Rusiya üçün əhəmiyyətli resurs deyil və heç bir anlam kəsb etmir. Düşünürəm ki, Rusiya ilə Ermənistan münasibətlərinə bu hadisə bilavasitə təsir göstərəcək".

sia.az

Digər xəbərlər