PDF Oxu

Siyasət

  • 9

Gümrüdəki hadisədə erməni şantajı

Gümrüdəki hadisədə erməni şantajı

Mübariz Əhmədoğlu: "Bu hadisə Ermənistan rəhbərliyinin özü tərəfindən qəsdən təşkil edilib"

"Gümrüdə102 saylı Rusiya hərbi bazasının əsgəri Valeri Permyakovun 6 nəfərlik erməni ailəsini güllələyərək qətlə yetirməsi Ermənistanın Rusiyaya qarşı apardığı şantajın nəticəsidir". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Politoloq bildirib ki, adətən bir dövlətin ərazisində kənar bir dövlətin hərbi bazası olanda belə hadisələr üçün şərait yaranır: "Hazırda bütün erməni ictimaiyyəti istəyir ki, bu hadisəni Rusiyanın əleyhinə, Rusiya-Ermənistan münasibətlərini korlamağa yönəltsin. Ancaq ermənilər unudur ki, təxminən bir bundan öncə Arutunyan adlı erməni Moskvada idarə etdiyi "Kamaz" markalı maşınla avtobusu vurdu və 18 Rusiya vətəndaşını öldürdü. Yəni, Gümrüdəki hadisəyə münasibət Ermənistanın xəstə düşüncəsidir ki, ermənilər bütün millətlərə qarşı cinayət törədə bilərlər, amma ermənilərə heç kəs gözün üstündə qaşın var deməsin".M. Əhmədoğlu hesab edir ki, yaranmış vəziyyətlə bağlı iki versiya rusiyalı mütəxəssislər tərəfindən ciddi surətdə araşdırılmalıdır: "Əvvəlcə qeyd edim ki, hər iki versiyada Ermənistan rəhbərliyinin rolu aydın görünür. Birinci, bu hadisə Ermənistan rəhbərliyinin özü tərəfindən qəsdən təşkil edilib. Hətta, mümkündür ki, Ermənistana Permyakovu özləri gətiriblər. Məqsəd isə aşağıda söyləyəcəklərimdən ibarətdir. Rusiya son dövrlər Ermənistanı Avrasiya İqtisadi Birliyinə qoşmaqla Dağlıq Qarabağ məsələsində düşmən ölkə üçün əlavə problemlər yaradırdı. Yəni, Avrasiya İqtisadi Birliyinə üzv olan Ermənistan Dağlıq Qarabağı öz ərazisi hesab etməyəcəyi ilə bağlı rəsmi öhdəlik götürüb. Eləcə də bu öhdəliyin icrası müəyyən addımlardan ibarətdir. Belə ki, yanvarın 2-dən etibarən Ermənistan Dağlıq Qarabağ ərazisini boşaltmalıdır, ora hərbçi göndərməməli, o cümlədən qaz verməməlidir. Yəni, yaxın zaman ərzində Rusiya belə vəziyyəti Ermənistandan tələb etməyə hazırlaşırdı. Bu dövrdə Ermənistan rəhbərliyi rus əsgərinin iştirakı ilə belə bir hadisə törətməklə Rusiyanı çətin vəziyyətə saldı ki, Rusiya Dağlıq Qarabağ məsələsində Ermənistanın qarşısında əlavə tələb qoymasın və ya bununla bağlı vaxtı bir qədər uzatsın. İkinci, bu hadisəni təşkil edən Ermənistanın müdafiə naziri Seyran Ohanyandır. Bununla da Seyran Ohanyan Rusiyanı şantaja çəkməyə çalışır. Çünki, Seyran Ohanyan qarşıdan gələn dövrdə Ermənistanda prezident olmaq istəyir. Ancaq, Seyran Ohanyanın prezidentliyi adı hallanan kimi Rusiya mətbuatı onu vurmağa başladı və onun əvəzinə Ermənistana prezident kimi Rusiyada fəaliyyət göstərən "Taşir" Şirkətlər Qrupunun erməni əsilli prezidenti Samvel Karapetyanın qardaşı, Ermənistan prezident administrasiyasının keçmiş rəhbəri Karen Karapetyanın gətirilməsi məsələsini aktuallaşdırdı. Ona görə də Seyran Ohanyan belə bir qətli törətdi ki, Rusiya rəhbərliyi bu biabırçı hadisəni ört-basdır etməyi ondan xahiş etsin. Bunun müqabilində Seyran Ohanyanın Rusiya qarşısında tələb qoysun ki, növbəti prezident seçkilərində onun namizədliyini dəstəkləsin".Mərkəz sədri onu da diqqətə çatdırıb ki, ermənilərin tarixi göstərir ki, bir neçə erməninin ölümünə hökm vermək onlar üçün elə də çətin məsəl deyil: "Bununla bağlı tarixdə çoxlu misallar var. Məsələn, "ASALA" terror təşkilatı meydana çıxana qədər ancaq erməni ailələrini şantaj və öldürməklə məşğul idi. O da məlumdur ki, "ASALA" Ermənistandadır və Seyran Ohanyan tərəfindən kurasiya olunur. Yəni, Seyran Ohanyan "ASALA"-nın metodun mənimsəyib. Çünki, 6 nəfərlik erməni ailəsini qurban verməklə Rusiyanı şantaja çəkir və Rusiyanı vadar edir ki, növbəti prezident seçkilərində onun namizədliyini müdafiə etsin".

sia.az

Digər xəbərlər