Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "erməni əsirliyində olan girovların azad edilməsi və ikili standartlara son!" adlı konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans Beynəlxalq Diaspora Mərkəzi və Dünya Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü ilə təşkil olunub. Tədbirdə Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, Dünya Azərbaycanlıları Konqresinin Aparat rəhbəri Samir Adıgözəlli, ermənilər tərəfindən girov saxlanılan Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov, digər girov Şahbaz Quliyevin kiçik oğlu Babək Quliyev və digərləri iştirak edib.Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev konfransı giriş nitqi ilə açaraq deyib ki, tezliklə cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində girovlarımız azad olunaraq öz yaxınlarının yanına qayıdacaqlar: "Bu yaxınlarda diaspor təşkilatlarının nümayəndələri QHT əməkdaşları ilə birlikdə Gürcüstanda səfərdə olublar. Onlar Ermənistan səfirliyi qarşısında piket keçirmişdilər ki, təbii ki, bunu da böyük əks-sədası olmuşdu. Beləcə, biz artıq İdarə Heyətinin növbəti iclasında qərarlaşdırdıq ki, Moskvada, Ankarada, Vyanada da bu kimi tədbirlərimizi davam etdirək".Ermənilər tərəfindən girov saxlanılan Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov isə bildirib ki, ölkə rəhbəri İlham Əliyev və dövlətimiz onların azad olunması istiqamətində böyük səy göstərir: "Eləcə də mən Qarabağ Azadlıq Təşkilatına, Beynəlxalq Diaspora Mərkəzinə və s. təşəkkürümü bildirərəm ki onlar əllərindən gələni əsirgəmirlər. Sevindirici haldır ki, sözügüedən qurumlar xaricdə piketlər keçiriərək Azərbaycanın haqq səsini bütün dünyaya çatdırırlar".Digər çıxış edənlər də beynəlxalq təşkilatları bu məsələlərə biganə qalmamağa səsləyiblər.Sonda isə beynəlxalq təşkilatlara Bəyanat qəbul olunub.
sia.az