PDF Oxu

Siyasət

  • 7

Müşviq Ələsgərli: “Son vaxtlar problemlər yaranır" AÇIQLAMA

Müşviq Ələsgərli: “Son vaxtlar problemlər yaranır" AÇIQLAMA

"Ümumiyyətlə hesab edirəm ki, Fransada nəşr olunan "Charlie Hebdo" adlı həftəlik satirik jurnalının tirajının 3 milyona qaldırılması ölkənin və redaksiyanın özünün hüquqları və oxuculardan asılı olan məsələdir". Bunu SİA-ya Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli Fransada nəşr olunan "Charlie Hebdo" adlı həftəlik satirik jurnalının tirajının dövlətin dəstəyi və yardımı ilə 3 milyona qaldırlımasına və bunun arxasında dayanan məqamlara münasibət bildirərkən deyib.Sədr müavinin sözlərinə görə, ümumi götürdükdə son vaxtlar silsilə şəklində Fransada məntiqə sığmayan və qeyri-adi hərəkətlər müşahidə olunmadı: "Bu cür məsələlər 2011-ci ildə daha çox müşahidə olunmağa başlayıb. Hansıki həmin dövrdə Fransa parlamenti erməni soyqırımını inkara görə cinayət məsuliyyətinin nəzərdə tutulması qanunu müzakirəyə çıxardı və ilkin mərhələdə onu qəbul etmişdi. Amma sonradan onu Konstitusiya Məhkəməsi ləğv etdi. Ümumiyyətlə bu məsələnin müzakirəyə çıxarılması və parlament səviyyəsində ilkin baxışda qəbul olunması Fransada insan azadlığının pozulması, eləcə də türk-müsəlman dünyasına qarşı müyyən xoşagəlməz münasibətlərin mövcud olması kimi təəssürat yaratmışdı".M. Ələsgərli hesab edir ki, 2011-ci ildən sonra isə başlanan bu tendensiya davam etməyə başladı: "Belə ki, orada başıbağlı, çadralı qadınlara pasportların verilməsi ilə bağlı problemlərin yaranması, Fransanın bir sıra KİV-lərində müsəlman dininə sitayiş, ibadə edənlərin dini hissiyatına toxunulması ilə bağlı proseslərin baş verməsi düşünməyə əsas verir ki, burada islamafobiya və yaxud islam inancına, dininə qarşı olanlar heç də təsadüfi deyil. Bu cür proseslərin baş verməsi onu göstərir ki, dini münasibətlərə, tolerantlığa, insan haqlarına baxış məsələsində son vaxtlar problemlər yaranır. Həmin problemlər isə xoşagəlməz də olsa, Fransanın özündə terror kimi hadisələrin meydana gəlməsinə şərait yaradır".

sia.az

Digər xəbərlər