"Heç cürə inanmıram ki, Almaniyada, Fransada və digər ölkələrdə müsəlmanların əleyhinə qarşı keçirilən aksiyaların hakimiyyətlə hər hansı bir bağlılığı olsun". Bunu SİA-ya İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya üzrə regional mərkəzinin direktor müavini, politoloq Alpay deyib.
Politoloqun sözlərinə görə, müsəlmanlara qarşı aksiyaların keçirilməsində adı çəkilən ölkələrin də böyük günahı var: "Çünki, müsəlmanların təhqir edilməsi, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturasının çəkilməsi qəbuledilməz haldır. Avropada, ümumiyyətlə isə Qərb ölkələrində həmin aksiyların keçirilməsi vətəndaş cəmiyyətinin bir hissəsidir".
A.Əhmədov hesab edir ki, burada məsələyə iki yanaşma mövcuddur: "Birincisi bu sırf olaraq karikaturistlərin öz işidir. Yəni onlar birbaşa olaraq söz azadlığından çıxış edərək həmin prosesləri qızışdırırlar. Digər yanaşma isə həmin hadisələrin arxasında hanısa dövlətlərin dayanması və bu proseslərdə maraqlı olmasıdır. Bu gün Avropa ölkələrində müsəlmanların sayının artmasına görə həmin karikaturistləri ortaya atırlar. Məqsəd isə odur ki, karikaturistlərin əli ilə müsəlmanlara qarşı sərt tədbirlər görsünlər və anti-miqrasiya qanunvericiliyini daha da sərtləşdirsinlər".
sia.az