PDF Oxu

Siyasət

  • 12

AXCP rəsmisi paralament seçkilərindən DANIŞDI

AXCP rəsmisi paralament seçkilərindən DANIŞDI

Fuad Qəhrəmanlı: "Seçkiyə Milli Şura formatında gedəcəyik"

"Mirzə Sakitin partiya rəsmiləri və ya onun sədri Əli Kərimli haqqında irəli sürdüyü fikirlərə şərh vermək istəmirəm. Ümumiyyətlə, bu haqda danışmağa lüzum görmürəm". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı hazırda Avropada mühacirətdə olan "Azadlıq" qəzetinin keçmiş əməkdaşı, satirik yazar Mirzə Zahidovun (Sakit) bütün bunlara səbəb kimi AXCP sədri Əli Kərimlini və qardaşı Qənimət Zahidi görməsinə münasibətini bildirərkən deyib.

Fuad Qəhrəmanlı AXCP-nin qurultayı və parlament seçkilərində iştirakı ilə bağlı da fikirlərini bildirib. Partiya rəsmisi deyib ki, AXCP öz qurultayını yaz aylarında keçirməyi nəzərdə tutub və bu istiqamətdə təşkilatlanma işləri gedir: "Partiyanın yeni proqramının hazırlanması istiqamətində də işlər aparılır. Parlament seçkilərinə Milli Şura formatında gedəcəyimizi düşünürük. Belə ki, təmsil olunduğum partiya Milli Şuradan kənarda qalan heç bir digər siyasi təşkilatla seçkilərə qatılmağı nəzərdə tutmayıb. Bu baxımdan, AXCP parlament seçkilərinə Milli Şura ilə gedəcək və kənarda qalan müxalifət partiyalarına heç bir təklif irəli sürməyəcək".

sia.az

Digər xəbərlər