PDF Oxu

Siyasət

  • 12

Sahibə Qafarova: “Azərbaycan doğru yoldadır, ədalətli mövqeyi var" MÜNASİBƏT

Sahibə Qafarova: “Azərbaycan doğru yoldadır, ədalətli mövqeyi var" MÜNASİBƏT

"Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyevin də bildirdiyi kimi, 2014-cü il Azərbaycanın xarici siyasətində bir çox uğurlu məqamlarla yadda qaldı. Bu dövrdə Azərbaycanın beynəlxalq əlaqələri güclənib, ölkənin əməkdaşlıq etdiyi dövlətlərin və təşkilatların sayı artıb". Bu fikrləri SİA-ya açıqlamasında millət vəkili, Avropa Şurası Parlament Assambleyasının alt komitəsinin sədri Sahibə Qafarova deyib.Millət vəkili qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi ildən – ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur: "Bu da nəticə etibarı ilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini şərtləndirir. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib".Hazırda, dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşması nəticəsində xoşagəlməz tendensiyaların meydana çıxdığını söyləyən Sahibə Qafarova əlavə edib ki, islamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur: "Azərbaycanda isə bu proseslərin tamamilə əksini müşahidə etmək mümkündür. Amma təəssüflər olsun ki, Azərbaycanın əldə etdiyi bu uğurlar bir sıra dairələr tərəfindən qısqnanclıqla qarşılanır. Xüsusən, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, həmçinin, islamafob, bəzi hallarda isə bölgədə maraqları olan imperialist dairələr Azərbaycana qarşı bu və ya başqa şəkildə təzyiq göstərməyə çalışırlar. Azərbaycanla bağlı həqiqəti əks etdirməyən, qərəzli hesabatların dərc olunmasını, ölkəmizin ünvanına reallıqdan uzaq fikirlərin səsləndirilməsini bunun göstəricisi hesab edirəm. Bəzi hallarda ikili standartların, ədalətsiz mövqeyin şahidi oluruq. Bunun səbəbləri isə həm milli etnik məsələlər, həm də bu gün ölkəmizin sahib olduğu qüdrət və müstəqil siyasət aparması ilə bağlıdır. Amma nə olursa olsun, Azərbaycan öz bildiyi yoldan, öz həqiqətlərindən geri çəkilməyəcək. Çünki Azərbaycan müstəqil, xalqımızın maraqlarına söykənən siyasət həyata keçirir. Prezident İlham Əliyevin sözügedən müşavirədə də vurğuladığı kimi, Azərbaycanla ultimatum dilində danışmaq heç bir nəticə verməyəcək. Kimsə hesab edirsə ki, ölkəmizə təzyiqlər göstərməklə nəyəsə nail olacaq, ciddi şəkildə yanılır. Azərbaycanı qaralamaq, ləkələmək cəhdləri əbəsdir. Azərbaycan doğru yoldadır, ədalətli mövqeyi var və hər bir addımında beynəlxalq hüquqa əsaslanır".

sia.az

Digər xəbərlər