"Azərbaycanın işğal altında olan əraziləri orada yaşayan əlli minlik yerli ermənilər tərəfindən işğal olunmayıb. Dağlıq Qarabağ və ətraf əraziləri bütövlükdə Ermənistan dövləti tərəfindən işğal olunub". Bu sözləri SİA-ya açıqlamasında, millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, Ermənistan dövləti bu əraziləri işğal etdikdən sonra orada yalançı qondarma separatçı qurumlar yaradıblar: "Bu qurumların hamısı qondarma qurumlardır. Onlar Ermənistan dövlətinin nəzarətindədir. Həmin separatçı qurumların təminatı, bu gün təmas xəttində Azərbaycan ordusu ilə üz-üzə duran orduya nəzarət də, məhz Ermənistan dövlətinə məxsusdur. Ermənistanın Avrasiya İttifaqında öz üzərinə götürdüyü öhdəliklər də, məhz ermənilərin növbəti fırıldağı və saxtakarlığıdır. Bu saxtakarlığı artıq bütün dünya bilir. Bu məsələyə siyasi don geyindirməyə çalışan Ermənistan hakimiyyətinin bu cür oyunlarına alət olmaq lazım deyil".
siaşaz