PDF Oxu

Siyasət

  • 12

Türkiyəli deputat: AzərTAc-ın erməni saxtakarlığına dair aşkarladığı faktlar çox ciddi ifşaedici sübutdur

Türkiyəli deputat: AzərTAc-ın erməni saxtakarlığına dair aşkarladığı faktlar çox ciddi ifşaedici sübutdur

Ermənilər zaman-zaman Azərbaycanda və Türkiyədə törətdikləri soyqırımları və terrorları xalqlarımızın adına yazıblar. Bizə qarşı saysız-hesabsız böhtanlar uydurublar. Bu mənada, İraq Ali İslam Şurasının rəsmi mətbu orqanı olan "əl-İstiqamə" qəzetində dərc olunmuş məqalədə 20 Yanvar faciəsində öldürülmüş azərbaycanlıların fotoşəkli guya bir əsr bundan əvvəl törədilmiş "erməni soyqırımı" qurbanları kimi təqdim olunması barədə AzərTAc-ın aşkarladığı fakt çox ciddi ifşaedici sübutdur. Belə faktlar hüquqi əsasa malikdir.

Bu fikri AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin üzvü, professor Süheyl Batum söyləyib.

Deputat deyib: Azərbaycan torpaqlarının iyirmi faizini işğal edən, müasir dünyanın gözü qarşısında Xocalı soyqırımını törədən, 20 Yanvar faciəsinin baş verməsinə əsas yaradan təcavüzkar Ermənistan dövlətidir.

Professor S.Batum əlavə edib ki, saxta "erməni soyqırımı"nın rədd edilməsi, o cümlədən Xocalı soyqırımının tanıdılması Azərbaycan və Türkiyənin ortaq problemi olmaqla bərabər, dünyada haqq və ədalətin öz yerini tapması istiqamətində də böyük əhəmiyyət daşıyır.

AzərTAc

Digər xəbərlər