Bu gün Ermənistanda Rusiyanın icazəsindən kənarda fəaliyyət göstərən hər hansısa bir siyasətçi yoxdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.Onun sözlərinə görə, Rusiya Ermənistanın həm iqtidar, həm də müxalifət partiyalarını idarə edir: "Ermənistanda keçiriləcək prezident seçkiləri ərəfəsində ola bilər ki, tamamilə fərqli bir namizəd ortaya çıxsın. Hər şey baş verəcək prosseslərdən asılıdır. Yəqin ki, indiki şəraitdə xüsusilə də Gümrüdə baş verən hadisədən sonra Rusiya daha sərt mövqe nümayiş etdirəcək və ictimai rəyi öz əlində saxlaya biləcək namizədə üstünlük verəcək. İndiki şəraitdə Seyran Ohanyanın mövqeyi daha möhkəm görünür".
sia.az