"Rusiya hərbi bazası dinc sakinlərə qarşı daha böyük silahlar işlətmək məcburiyyətində qalacaq"
"Ermənistan tərəfi əksər hallarda mətbuatda özləri haqqında yaxşı rəy yaratmaqdan ötrü hamı ilə dost münasibətdə olduğunu göstərirlər. Guya ermənilər hamı ilə dostdur, hamı onları sevir və müdafiə edir və s". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistanda Rusiyanın əleyhinə qarşı keçirilən aksiyalara və sonrakı proseslərə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, əslində ermənilərin özgə dövlətlərlə, dostluqları ilə bağlı dediklərinin əsas mahiyyəti də elə özlərini Azərbaycana və yeri gələndə Türkiyəyə qarşı göstərməyə hesablanıb: "Onsuzda Rusiya-Ermənistan münasibətləri çoxdan problemli məsələ olaraq qalır. Ermənistanı dövlət edən və onları bu regiona gətirən elə Rusiyadır. Çar Rusiyası Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələrinə və Cənubi Qafqazı, Azərbaycanı işğal edənə qədər burada erməni olmayıb. Ermənilər vaxtilə necə ki İranın daxilində böyüdülər və qudurdular indi də onlar Rusiyanın əleyhinə xəncər saplamaqla məşğuldur. Təbii ki, rəsmi Moskva 4-5 ildir ki, bunu bilir, başa düşür və Ermənistanın ətrafında olan zənciri daraldır. Artıq rəsmi İrəvan indi başa düşür ki, müstəqilliyini və Qarabağı da itirib. Çünki, Qarabağın sahibi Ermənistan deyil əksinə Rusiyadır. Rusiya artıq başa düşür ki, Qarabağ və onun müstəqilliyi gedib. Ermənistanda baş verən məlum aksiyalar isə ermənilərin özlərinin hazırlığının nəticəsidir. Onlar Rusiyanı şantaja çəkərək öz istədiklərini almaq istəyirlər. Beləcə hesab edirəm ki, Ermənistanda Rusiyanın əleyhinə bu çağırışlar əvvəlcədən təşkil olunmuş bir məsələdir. Düşünürəm ki, yaxın vaxtlarda Rusiya hərbi bazası dinc sakinlərə qarşı daha böyük silahlar işlətmək məcburiyyətində qalacaq".
sia.az