PDF Oxu

Siyasət

  • 43

Aytən Mustafayeva: “Avropaya çox güvənmək olmaz” RƏY

Aytən Mustafayeva: “Avropaya çox güvənmək olmaz” RƏY

"Avropa qurumlarına, eləcə də Avropa siyasətçilərinə inamımız azalıb. Bu baxımdan kəlbəcərli girovlar haqqında Avropa Məhkəməsinin müsbət rəy verəcəyi inandırıcı deyil". Bu fikirləri SİA-ya Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü Aytən Mustafayeva kəlbəcərli girovlarla bağlı Azərbaycan tərəfinin Avropa Məhkəsməsinə etdiyi müraciətinin nəticələrinin necə olacağı barədə münasibətini açıqlayarkən deyib.Millət vəkili qeyd edib ki, xarici dairələrin ikili satndartlardan çıxış etmələrindən özümüzə nəticə çıxarmalıyıq: "Məhz buna görə də bu məsələdə Avropaya çox da güvənmək olmaz. Amma son günlər orada cərəyan edən məlum hadisələr bəlkə bir növ onları oyadar, silkələyər. Əgər onlar praqmatik maraqlarının təmin edilməsi, yəni Azərbaycanın Avropanın enerji təhülkəsizliyində rolunun əvəzolunmaz olduğunu düşünsə, dövlətimizin tələbini dəstəkləsə, işğalçı dövlət qarşısında məsələnin obyektiv həlli üçün öhdəlik qoyar. Lakin şəxsən mənim buna inamım çox azdır".

sia.az

Digər xəbərlər