PDF Oxu

Siyasət

  • 26

Elçin Mirzəbəyli: “Ermənistana sanksiyalar tətbiq olunmalıdır”

Elçin Mirzəbəyli: “Ermənistana sanksiyalar tətbiq olunmalıdır”

"Prinsip etibarı ilə ATƏT-in Minsk qrupu faktiki olaraq öz missiyasını başa vurub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun ötən illər ərzində məsələnin həlli yönündə apardığı səylər, nümayiş etdirdiyi mövqe son nəticədə münaqişənin daha da dərinləşməsinə və ziddiyyətlərin artmasına səbəb olub: "ATƏT-in Minsk qrupu ona verilən mandatın icrasında hər hansı bir prinsipial addım atmır. Məsələnin mahiyyətində başqa bir məqam dayanıb. Bu gün beynəlxalq münaqişələrin həllində aparıcı mövqedə dayanan təşkilat BMT-nin Təhlükəsizlik Şurasıdır. Nəzərinizə çatdırım ki, ATƏT-in Minsk qrupunun həmsədri olan hər üç dövlət də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və bu təşkilatda qəbul olunan sənədlərdə həlledici hüquqa malikdirlər. Yəni, onların hər hansısa bir məsələyə qoyacaqları veto son nəticədə bu qərarın qəbul olunmamasına gətirib çıxarır. Beynəlxalq sistem elə qurulub ki, bu gün ATƏT-in Minsk qrupundan əlavə başqa qurumlar da yaradılsa, son nəticədə bu qurumların qəbul edəcəkləri qərarlar BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir. İndiki şəraitdə problemin kökündə məsələnin həllində hansı dövlətlərin vasitəçilik etməsi deyil, ortalıqda olan qəbul olunmuş qərarlara olan münasibət dayanır. Beynəlxalq hüquqa olan bu münasibət dəyişməyəcəksə, onun tələb etdiyi məqamlar həyata keçirilməyəcəksə, o zaman ATƏT-in Minsk qrupunda kimlərin təmsil olunduğu heç bir önəm daşımır. Münaqişənin həllində beynəlxalq hüquq normalarına uyğun olan yeganə yol, oxşar hadisələrdə olduğu kimi, Ermənistana qarşı sanksiyaların tətbiq olunmasıdır".

sia.az

Digər xəbərlər