PDF Oxu

Siyasət

  • 23

Şahin Camalov: “Müxalifətyönlü QHT-lərin normal bazası yoxdur”

Şahin Camalov: “Müxalifətyönlü QHT-lərin normal bazası yoxdur”

"Müxalifətyönlü QHT-lərin milli donorlardan deyil, xarici donorlardan maliyyələşməsi birbaşa onların xarici təşkilatlarla ölkə əleyhinə əməkdaşlıq etməsindən xəbər verir". Bu sözləri SİA-ya açıqlamasında İnsan Hüquqları XXI əsr fondunun sədri Şahin Camalov deyib.Onun sözlərinə görə, müxalifətyönlü QHT-lərin yerli donorlardan maliyyələşməsi üçün heç bir əngəl yoxdur: "Bu gün yerli donorlar müxalifətyönlü QHT-lərə müxtəlif qrantlar ayırırlar. Ancaq buna baxmayaraq, bu təşkilatlar xarici qurumlarla əməkdaşlıq etməyə cəhd göstərirlər. Bu əməkdaşlıqda ilk əvvəl həmin xarici qüvvələr maraqlıdırlar. Çünki o qurumlar bəzi yerli təşkilatları özlərinə cəlb etməklə ölkə daxilində müəyyən ajiotajlar, çaxnaşmalar yaratmağa cəhd göstərirlər. Ancaq şübhəsiz ki, bu onlara müəssər olmur. Xarici qurumlarla əməkdaşlıq edən təşkilatların bir çoxunun heç normal bazası da yoxdur. Bazası olmayan bir təşkilatın xarici qurumlarla əməkdaşlıq etməsi daha rahat olduğundan bəzi müxalifətyönlü QHT-lər məhz bu yollara əl atırlar".

sia.az

Digər xəbərlər