AÇIQLAMA
"Azərbaycanın millət vəkilləri, Dağlıq Qarabağ İcmasının Azərbaycanlı nümayəndələri və s. Dağlıq Qarabağın Azərbaycanlı və erməni icmaları arasında görüşün keçirilməsinə dair təkliflər irəli sürsələr də, bu mümkün olmayıb. Hesab edirəm ki, bütün bunlar yanlış mövqedir". Bunu SİA-ya Qarabağ Azadlığı Təşkilatının (QAT) sədri Akif Nağı vaxtaşırı olaraq Dağlıq Qarabağın Azərbaycanlı və erməni icmaları arasında görüşün keçirilməsinə və bunun DQ-nın həllinə təsir imkanları haqqında danışarkən deyib.QAT sədrinin sözlərinə görə, ümumiyyətlə ermənilərlə hər hansı bir kontraktın heç bir mənası yoxdur: "Bunlar bir növ ermənilərin siyasətinə xidmət edir. Onlar çalışırlar ki, bu yolla işğal faktını unutdursunlar. Bu mənada düşünürəm ki, həmin görüşün keçirilməsi Azərbaycanın ziyanına olan prosesdir".A. Nağı deyir ki, heç kimə sirr deyil ki, bununla bağlı beynəlxalq təşkilatların qərarları, qətnamələri var: "Həmin sənədlərdə birmənalı şəkildə DQ və onun ətrafındakı ərazilər Azərbaycan ərazisi kimi tanınır. Eləcə də həmin ərazilərin ermənilər tərəfindən işğal olduğu sübuta yetirilib. Hesab edirəm ki, buna uyğun olaraq da beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul olunmalıdır. Rəsmi Bakının mövqeyi ancaq bundan ibarət olmalıdır. 1997-ci ildən bu yana bütün sənədlərdə Ermənistan dövləti işğalçı kimi tanınır".
sia.az