Elşən Musayev: "Ona görə bir tərəfdən Əli Kərimlini anlayıb, ona haqq verməyə çalışıram"
"Əli Kərimli və Xədicə İsmayıl eyni dairələrin idarə etdiyi və bəlli bir "qrant ailəsi"nə məxsus əkiz simalardır. Təbii, əgər "sima" sözünü bu insanlara şamil etmək mümkündürsə". Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.Partiya sədri deyib ki, hər iki şəxs bu və ya digər formada uzun illər boyunca "5-ci kolon" a xidmət edib: "Daha doğrusu həmin kolonda hərənin öz rolu olub. Əli Kərimli və Xədicə İsmayıl bütün qara oyunların, çamurun, zibilin içinə bərabər giriblər. Ona görə dar məqamda bir-birini müdafiə etmək kimi bir məhkumiyyət daşıyırlar. Məhz məhkumiyyət! Yəni, Əli Kərimlinin timsalında müşahidə etdiyimiz müdafiə və canyanalıq səmimiyyətdən deyil, qorxudan və ehtiyatdan doğan icraatdır".E. Musayev əlavə edərək deyib: "Xədicə və AXCP sədri bir medalın iki üzüdür. Hara fırlasan, eyni adamlardır. Və yəqin bu səbəbdəndir ki, Qərb dairələri bu iki insanı eyni komandada təmsil edərkən çox düşünməyiblər. Onların xarakterindəki oxşarlıqları, bənzərlikləri və ələlxüsus da boşluqları anındaca seziblər. Həmin boşluqlar isə ilk növbədə özünü milli maraqların şəxsi ambisiyalara qurban verilməsində ehtiva edir"."Bu gün Əli Kərimlinin öz mənəvi bacısını müdafiə etməsinə heç təəccüblənmədim. Hər halda məsələyə onların prizmasından baxsaq çətin durumdur. Milli maraqların tapdanmasını, ölkənin çökməsini, insanların qırılmasını arzulayanlardan biri "içəridədir". Bu isə o deməkdir ki, hər gün dövlətçilik təməlindən bir kərpic daha az qopacaq, bu millətin kürəyinə bir bıçaq daha az sancılacaq. Ona görə bir tərəfdən Əli Kərimlini anlayıb, ona haqq verməyə çalışıram. Hər halda baltanı tək vurmaqla cüt vurmaq arasında əhəmiyyətli bir fərq var. Yəqin mənimlə razılaşarsınız". – E. Musayev bilidirb.
sia.az