Pakistanın ingilisdilli "Diplomatik Star" jurnalında jurnalist Möhsin Əlinin 20 yanvar hadisələrinə həsr edilmiş "20 Yanvar: Müstəqilliyə aparan qanlı yol" adlı məqaləsi dərc olunub. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, məqalədə Azərbaycan xalqının hər ilin 20 Yanvar tarixində 1990-ci ildə baş vermiş hadisələri yad etdikləri bildirilib. Jurnalist 20 Yanvar hadisəsindən öncə cərəyan edən hadisələri nəzərdən keçirib və 80-ci illərin ikinci yarısında Sovet İttifaqında yaranmış vəziyyətdən erməni millətçilərinin sui-istifadə edərək Azərbaycanın Dağlığ Qarabağ əyalətinin Ermənistana birləşdirmək niyyətində olduqlarını və bu məkrli istəklərini həyata keçirtmək üçün SSRİ rəhbəri Mixail Qorbaçovun dəstəyini aldıqlarını vurğulayıb. Məqalədə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getməsi, həyatına olan təhlükəyə baxmayaraq, nitq ilə çıxış edərək bu amansız aksiyanı qəti tənqid etməsi, Bakıda cərəyan edən hadisələr ətrafında yaranmış informasiya blokadasını yarması və azərbaycanlıların ürəyində inam hissinin daha da gücləndirməsi və nəticə etibarı ilə sovet rəhbərliyinin planlarını alt-üst etdiyi vurğulanılıb. Yazar, yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsinin və Sovet İttifaqının süqutunun başlanğıcı olduğunu bildirərək, 18 oktyabr 1991-ci ildə Azərbaycanın öz müstəqilliyin elan etdiyini vurğulayıb. Müəllif Azərbaycanın Prezidenti Heydər Əliyevin 16 Dekabr 1999 il tarixli fərmanı ilə 20 yanvar qurbanlarına "20 Yanvar şəhidləri" statusunun verildiyini qeyd edib.Məqalənin sonunda Pakistanın Pəncab əyalətinin Qucurxan bölgəsində Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə su təchizatı layihəsinin icra edildiyi qeyd olunub.
sia.az