PDF Oxu

Siyasət

  • 23

Azər Həsrət: “20 Yanvar ildə bir dəfə deyil, daimi olaraq tanıdılmalıdır”

Azər Həsrət: “20 Yanvar ildə bir dəfə deyil, daimi olaraq tanıdılmalıdır”

"Təbii ki, Azərbaycan dövlət olaraq 20 Yanvar Faciəsi ilə bağlı üzərinə düşəni yerinə yetirir. Mediaya gəlincə, məncə, faciənin təbliğatı üçün daha çox xarici dillərdə materialların, sənədli materialların yayılması lazımdır". Bu sözləri Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət deyib.A. Həsrət deyib ki, faciənin təbliğatı zamanı jurnalist peşəkarlığı, media çevikliyi də yaddan çıxarılmamalıdır: "Bu elə böyük faciədir ki, onun təbliği üçün görülən işlər hər zaman az görünəcək. Çünki biz başımıza gələn faciəni tanıtmaqla məşğul ikən düşmən də boş dayanmır, əleyhimizə təbliğat aparır. Burada daha çox iş səfirliklərimizin və təbii ki, xarici dillərdə olan mediamızın üzərinə düşür. Yəni, 20 Yanvar yalnız ildə bir dəfə deyil, daimi olaraq tanıdılmalıdır".

sia.az

Digər xəbərlər