Azərbaycan Respublikasının Xorvatiyadakı səfirliyinin məlumatına əsasən, Xorvatiyanın ən çox oxunan qəzeti "Jutarni list"də 20 yanvar faciəsi ilə bağlı məqalə dərc edilib. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, bundan əlavə, bir sıra xəbər portallarında da 20 yanvar faciəsi haqqında xəbərlər yayımlanıb.
sia.az